- Baxış sayı: 45
- 10 Noyabr 2026 13:19
- Baxış sayı: 271
- Noyabr 09, 2026
- 0
Millətlər liqasında Belarus – Azərbaycan oyununa azarkeşlər buraxılmayacaqlar. Allsport.az saytı xəbər verir ki, UEFA rəqib komandanın 3 ev oyununun Serbiyanın Novı Sad şəhərində keçirilməsi haqda qərar verib.
Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyulub. Buna səbəb, rəsmi Minskin Rusiya – Ukrayna müharibəsində Kremli dəstəkləyən mövqe tutmasıdır.