“Bir oyun qalib gəlsək, özünəinamı qaytararıq”

Bu gün millətlər liqasında “Dalğa Arena”da Azərbaycan – Belarus oyunu keçiriləcək. Allsport.az saytı xəbər verir ki, görüş ərəfəsində komandamızın qapıçısı Şahrudin Məhəmmədəliyev bunu deyib:

“Qalib gələməyu çox istəyirik. Bizim üçün vacib oyundur. Meydana yalnız qələbə üçün çıxacağıq. Belarusla bir dəfə oynamışıq. Onlar bizdən o qədər də üstün deyil. Biz də başa düşürük ki, nəticə vermək lazımdır.

Hər dəfə çalışırıq ki, qalib gələk. Amma hələ ki, alınmır. Bu da bizi sıxır. Epizodlarımız olur, amma vura bilmirik. Sonda da uduzuruq. Millidə oynamaq çox çətindir. Çünki bütün ölkə sizə azarkeşlik edir.

Uduzmaq da çox ağırdır. Yenə də vurğulamaq istəyirəm ki, sabah qalib gəlməliyik. Bir oyun qalib gəlsək, özünəinamı qaytararıq. Çoxdandır ki, qalib gəlmirik”. 

Həmin kateqoriyadan