“Birbaşa deyə bilərəm ki, zəif oynadıq”

“Qarabağ” premyer liqasının 15-ci turunda öz meydanında “Zirə” ilə qolsuz heç-heçə edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov bunu deyib: 

“Birbaşa deyə bilərəm ki, zəif oynadıq. Bunun da səbəbi var idi. İlk olaraq, rəqib imkan vermədi. Yaxşı, ağıllı oyun qurmuşdular. Digər tərəfdən, öz oyunumuzda istədiyim dinamika, sürət yox idi.

Görünür ki, fasilə bizə mane oldu. İstər-istəməz oyundan kənarda qaldıq. Futbolçuların hamısı birlikdə olmadılar. Hər halda, xallarımızın üzərinə növbətisi gəldi”. 

Həmin kateqoriyadan