“Böyük üstünlük əldə etməmişik”

“Zirə” ölkə kubokunun yarımfinalının ilk görüşündə səfərdə “Keşlə”ni 2:1 üstələyib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov bunu deyib:

“Maraqlı oyun oldu. Yarımfinala layiq matç alındı. İkinci hissədə sürət artdı. Birinci hissədə diqqətsizlikdən qol buraxdıq. İkinci hissədə tempi qaldırdıq və vacib qələbə qazandıq. Hələ ilk 45 dəqiqəni oynamışıq.

Bu cür matçlar 90 dəqiqəlik oyun kimidir. Rəqib ciddidir. Heyətində nəticəni dəyişə bilən futbolçular var. Böyük üstünlük əldə etməmişik. Hər şey ikinci görüşdə həll olunacaq”.

Həmin kateqoriyadan