Braziliya olimpiyaçıları Almaniyaya qalib gəldi

İyulun 22-də Tokio olimpiadasında futbol yarışına start verilib. Allsport.az saytı xəbər verir ki, ənənəyə görə bəzi idman növləri üzrə çıxışlar açılışdan öncə başlayır.

“A” qrupunda Meksika Fransanı 4:1, Yaponiya CAR-ı 1:0 üstələyib. Hər 2 oyun Tokio olimpiya stadionunda keçirilib.

“B” qrupunda Yeni Zelandiya Cənubi Koreyanı 1:0 udub, Honduras eyni hesabla Rumıniyaya yenilib. Bu görüşlər “Kaşima” stadionunda baş tutub.

“C” qrupunda Misir və İspaniya 0:0 ediblər, Argentina 0:2 Avstraliyaya məğlub olub. Həmin komandalar “Sapporo Doum” stadionunda qarşılaşıblar.

“D” qrupunda Kot-Divuar 2:1 Səudiyyə Ərəbistanı yenib, Braziliya 3:1 Almaniya olimpiyaçılarından üstün olub. Bu matçlar Yokohama stadionunda keçirilib.

Həmin kateqoriyadan