Britaniyanın 2-ci varlı adamları
15 may 2026 / 15:18 Baxış sayı: 40 İngiltərə millisinin keçmiş futbol kapitanı, hazırda iş adamı və MLS klubu “İnter Mayami”nin həmtəsisçisi olan Devid Bekhem və həyat yoldaşı Viktoriya “The Sunday Times Rich List”ə görə, bir milyard funt sterlinqə çatıblar. Allsport.az saytı xəbər verir ki, cütlük Britaniyanın 2-ci ən varlı idmanlarıdır.
Təqaüdə çıxdıqdan sonra Bekhem böyük bir biznes imperiyası qurub. Onun sərvəti sponsorluq müqavilələri və MLS klubu “İnter Mayami”də pay sayəsində artdı. “Sandey tayms”ın Böyük Britaniyadakı ən varlı 10 idman adamının siyahısını dərv edib:
- Berni Ekklstoun (keçmiş Formula-1 rəhbəri) — 2 milyard funt sterlinq
- Devid və Viktoriya Bekhem (futbol) — 1,185 milyard funt sterlinq
- Barri və Eddi Hern (promouterlər) — 1,035 milyard funt sterlinq
- Ben Fransis (“Gimşark”ın həmtəsisçisi) — 800 milyon funt sterlinq
- Lüis Həmilton (Formula-1) — 435 milyon funt sterlinq
- Tom və Fil Bihon (“Kastor”un təsisçiləri) — 350 milyon funt sterlinq
- Rori Makilroy (qolf) — 325 milyon funt sterlinq
- Entoni Coşua (boks) — 240 milyon funt sterlinq
- Tayson Füri (boks) — 162 milyon funt sterlinq
10–11 Harri Keyn (futbol) — 110 milyon funt sterlinq
10–11 Endi Murrey (tennis) — 110 milyon funt sterlinq