Onun keçidi üçün 150 ​​milyon ödəməyə hazırdır

PSJ, “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etməkdə maraqlıdır.

Allsport.az saytı xəbər verir ki, Fransa klubu 26 yaşlı argentinalı oyunçu üçün 150 milyon avrodan çox təklif etməyə hazırdır. “Barselona”nın da maraqlandığı barədə şayiələr yayılsa da, Kataloniya klubu Alvarez üçün bu qədər məbləği ödəməyə razı deyil.

Alvares 2024-cü ilin yayından bəri Madrid klubunda oynayır. Bu mövsüm o, klubun heyətində bütün yarışlarda 49 oyunda iştirak edib, 20 qol vurub və doqquz məhsuldar ötürmə edib.

Oyunçunun “Atletiko” ilə müqaviləsi 2030-cu ilə qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 90 milyon avrodur.

Həmin kateqoriyadan