“Qırmızı şeytanlar” ən azı 5 futbolçu ilə müqavilə imzalamağı hədəfləyib

“Mançester Yunayted” bu yay ən azı 5 oyunçu ilə müqavilə imzalamağı planlaşdırır. Allsport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” 3 mərkəz yarımmüdafiəçisi, bir sol cinah müdafiəçisi və bir ehtiyat hücumçu əldə etmək niyyətindədir.

Üçüncü yarımmüdafiəçinin alınmasının Manuel Uqartenin satışı ilə maliyyələşdiriləcəyi bildirilir. Həmçinin 22-26 yaş arası oyunçuları hədəf aldığı göstərilib.

“Atalanta”nın yarımmüdafiəçisi Ederson və “Vest Hem”in oyunçusu Mateus Fernandes də taliblər sırasındadır.

“Mançester Yunayted”in genişləndirilmiş namizədlər siyahısına Elliott Anderson, Sandro Tonali, Aleks Skott, Adam Uorton, Kalos Baleba və Joau Qomes daxildir.

Həmin kateqoriyadan