MLS və Ərəbistan klublarının maraq dairəsində

Robert Levandovski “Barselona”dan ayrılmağa yaxındır. Allsport.az saytı xəbər verir ki, təzə müqavilə ilə bağlı danışıqlar dalana dirənib. Polşalı hücumçu yeni təklif almasa, bu yay Kataloniya klubundan pulsuz transferlə ayrılacaq.

MLS və Səudiyyə Ərəbistanı klubları hücumçu ilə anlaşmaya maraqlıdır. İtaliyanın ən yaxşı komandaları da onu heyətlərinə qatmaq istəsələr də, Levandovski yüksək maaşına görə onlar üçün əlçatan deyil.

Bu mövsüm Levandovski la liqada 28 oyunda 13 qol vurub.

Həmin kateqoriyadan