- Baxış sayı: 121
- 06 May 2026 16:00
- Baxış sayı: 42
- May 13, 2026
- 0

Dünya su idmanı federasiyasının nümayəndələri Namhi Ço, Ben Həris və Vadim Əhmədiyev Azərbaycana səfər ediblər. Allsport.az saytı xəbər verir ki, məqsəd, oktyabrda keçiriləcək “İpək yolu” turunun (“Silk Road Tour”) Bakı mərhələsinin hazırlığı ilə tanış olmaq və bu istiqamətdə müzakirələr aparmaqdır.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan üzgüçülük fFederasiyasının (ASF) idarəsini ziyarət edib, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov və digər əməkdaşlarla görüş keçiriblər. Həmçinin VA rəsmiləri yarışın keçiriləcəyi Bakı su idmanı sarayında olublar, arenanın direktoru Əjdər Abbasovla, işçilərlə görüşüblər və təşkilati işlərin gedişatı ilə yaxından tanış olublar.
Xatırladaq ki, 2026-cı ilin 1-3 oktyabr tarixlərində üzgüçülük üzrə “İpək yolu” turu çərçivəsində dünya kubokunun ilk mərhələsinə Bakı ev sahibliyi edəcək. Növbəti mərhələlər isə Özbəkistanın paytaxtı Daşkənd (8-10 oktyabr) və Qazaxıstanın baş şəhəri Astanada (15-17 oktyabr) olacaq.