“Böyük velosiped bayramı yenidən ölkəmizə qayıtdı”

Azərbaycan velosiped yarışında 5-ci mərhələ sona yetdi. Allsport.az saytı xəbər verir ki, sonuncu hissədə qoşaçarxçılar 181,5 km məsafəlik Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi yolunda ötüşdülər. Qalib adını İspaniyanın “Burqos” komandasının üzvü Coş Börnet qazandı. Mükafatlandırmadan sonra gənclər və idman naziri Fərid Qayıbov açıqlama verdi:

“Çox möhtəşəm mənzərədir. Böyük velosiped bayramı yenidən ölkəmizə qayıtdı. Bu il Bakı dünyanın idman paytaxtıdır. Bunun timsalında Azərbaycanda xeyli sayda nüfuzlu beynəlxalq yarışlar keçiriləcək. gimnastika, boks, avarçəkmə, cüdo, voleybol, güləş və digər aparıcı idman növləri üzrə böyük tədbirlər oldu və olacaq.

Belə yarışların doğma Qarabağımıza ayaq açması ayrıca xoş haldır. İnanıram ki, növbəti Bakı-Xankəndi çərçivəsində Azərbaycan velosiped yarışlarında gənc idmançılarımız püxtələşərək zamanla öz sözlərini deyəcəklər. Azərbaycan velosiped idmanı federasiyasına xüsusi təşəkkür bildirmək istəyirəm.

Bu cür yarışları təşkil etmək asan deyil – 21 rayon və 1000 km məsafə. Televiziyada təbliğat verilişlərində gözəl mənzərəni seyr edirik, amma onun arxasında böyük zəhmət dayanır. Cənab prezident İlham Əliyevin tapşırığı ilə bölgələrdə fasiləsiz iş gedir. Gənclər və idman nazirliyi, milli olimpiya komiyəsi və federasiyalar vəhdət halında çalışırlar”.

Kamran HACI, Xankəndi

Həmin kateqoriyadan