“Yaşıl sprint köynəyini özümüzdə saxlamaq istəyirik”

Bakı-Xankəndi yolu çərçivəsində keçirilən Azərbaycan velosiped yarışının 4-cü mərhələsini İtaliyanın “Bardiani” klubunun üzvü Marko Manetti qazandı. Allsport.az saytı xəbər verir ki, o, mətbuat konfransında uğura aparan yola qısa sıyahət etdi:

“Bu mərhələ çox çətin idi. İlk hissədə 3-metrlik ara yarandı, amma mən onu yoluna qoydum. Sonda komandamız qələbə qazandı və buna sevnirəm. Biz son mərhələdə də uğurlu çıxış etmək, sahib olduğumuz yaşıl sprint köynəyini özümüzdə saxlamaq istəyirik.

Digər bir sevincim, bu mərhələdə ilk dəfə fərqlənməyim idi. Çalışacağam ki, sabah da komandama faydalı olum”.

Xatırladaq ki, 4-cü mərhələdə qoşaçarxçılar 152,8 km məsafəlik Gəncə – Göygöl – Goranboy – Ağdərə (Suqovuşan və Talış kəndləri) – Naftalan yolunda ötüşdülər.

Kamran HACI, Naftalan

Həmin kateqoriyadan