- Baxış sayı: 61
- 12 Noyabr 2026 14:22
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə meydan qızlara verilib.
Xədicə Qurbanzadə (49 kq) polşalı Zuzanna Ptak və finlandiyalı Kerttu Helmi Uşanoffu eyni hesabla – 10:0 üstələyib. O, yarımfinalda Almaniyanı təmsil edən soydaşımız Mədinə Bayramovaya 4:1 qalib gəlib. Sabah finalda ukraynalı Olena Kolubay ilə üz-üzə gələcək.
Məryəm Əmrəli (57 kq) italiyalı Sara Servedioya (2:8), Nuray Həsənli (65 kq) isə türkiyəli Badə Doğana (0:11) yenilib.