“Azərbaycan velosiped yarışı hər zaman mənim üçün xoş xatirə kimi qalacaq”

Azərbaycan velosiped yarışının 5-ci mərhələsində sona “Burqos” komandasının üzvü Coş Börnet 1-ci çatdı. Allsport.az saytı xəbər verir ki, o, həm də yürüşün liderinə məxsus mavi köynəyə də yiyələndi. Mətbuat konfransında yeni zellandiyalı idmançı sevincini bölüşdü:

“3 ildir böyüklərdə çıxış edirəm. İlk dəfədir bu cür yarışda qalib oluram. Belə qələbə heç vaxt unudulmur. O üzdən Azərbaycan velosiped yarışı hər zaman mənim üçün xoş xatirə kimi qalacaq. Öndə bizdə 3 nəfər yerləşmişdi. Vəziyyətdən asılı olaraq bir-birimizi qabağa çıxarmağa çalışırdıq. Qələbədə bu taktika mühüm rol oynadı.

Ümumiyyətə, bir-birimizi yaxşı anlayırıq. Düzgün mövqedə qərarlaşmağımız sonda işimizə yaradı”.

Kamran HACI, Xankəndi

Həmin kateqoriyadan