“Arzum əlçatandır”

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu “Əl-Hilal”la 1-1 hesablı məyusedici heç-heçədən sonra sosial mediada paylaşım edib.

Allsport.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanı titulunu erkən qələbə ilə qazanmalı olan “Əl-Nəsr” əlavə vaxtda qapıçı Bentonun öz qapısına vurduğu qol sayəsində evdə qələbə qazana bilməyib.

“Arzum əlçatandır. Diqqətli olun – bu gün atmalı olduğumuz daha bir addım var! Bu gün inanılmaz dəstəyə görə hamınıza təşəkkür edirəm!”, ulduz futbolçu yazıb.

“Əl-Nəsr”in titul qazanmaq üçün son oyun günündə “Damak”ı məğlub etməsi lazımdır.

Həmin kateqoriyadan