3-cü gündə 1 qızıl və 2 bürünc

Bolqarıstanın Samokov şəhərində yeniyetmələrin Avropa çempionatında yunan-Roma güləşçilərin mübarizəsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Əli Cavadlı (45 kq) finalda rusiyalı Umar Boqatıryova fürsət verməyib (9:1).

Hüseyn Mustafazadə (51 kq) təsəlliverici görüşdə isveçrəli Tristan Berneti (9:0), bürünc medal uğrunda qarşılaşmada isə gürcüstanlı Davit Şavadzeni (9:1) vaxtından əvvəl məğlub edərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Elmir Çərkəzov (60 kq) ilk təsəlliverici görüşdə avstriyalı Lionel Vinteri üstələsə (9:0) də, ikinci təsəlliverici görüşdə moldovalı Vlad Duminikaya uduzub – 0:8.

Zöhrab Səfərov (92 kq) isə moldovalı Vladislav Vasilevskiyə tam üstünlüklə (9:0) qalib gələrək bürünc medalı boynundan asıb.

Beləliklə, millimiz qitə birinciliyini 1 qızıl, 2 gümüş və 3 bürünc medalla başa vurub. Yekunda 118 xal toplayan yığmamız komanda hesabında Avropa 3-sü olub.

Həmin kateqoriyadan