- Baxış sayı: 73
- 05 Avqust 2026 19:38
- Baxış sayı: 136
- Avqust 10, 2026
- 0

Bədii gimnastika üzrə Rio-2016-ın qalibi Marqarita Mamun, bloqçu Vitya Kravçenkonun Yuyub kanalına verdiyi müsahibədə Rusiyada vəziyyətin daha pisləşməsi ilə bağlı fikrini bildirib və qadağaları “cəfəngiyat” adlandırıb:
“Mənə elə gəlir ki, vəziyyət getdikcə pisləşir, daha da pisləşir. Burada məhdudiyyətlər, orada məhdudiyyətlər. Burada şikayətlər, orada şikayətlər. Hətta məişət zorakılığı qanunu kontekstində belə — bu məsələ çox, çox uzun müddətdir ki, mövcuddur. Məndən bunun nəyə gətirib çıxara biləcəyini soruşursunuz. Bilmirəm. Daha da pis nəticələrə, daha da pis vəziyyətə”.