- Baxış sayı: 68
- 13 May 2026 21:38
- Baxış sayı: 69
- May 13, 2026
- 0

Azərbaycan güləş federasiyasının icraiyyə komitəsinin qərarı ilə 5 nəfərdən ibarət tərkibdə yaradılan komitənin ilk iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda sədr Hüseyn Əliyev (ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis), üzvlər – Həsənağa Rzayev (MOK-un idman idarəsinin müdiri), Xəzər İsayev (MOK-un ədalətli oyunlar komissiyasının sədri), Firdovsi Umudov (idman ustası və əməkdar məşqçi) və Əlibaba Əliyev (vəkillər kollegiyasının üzvü, komitənin katibi), eləcə də AGF-nin baş katibi Pərvin Piriyev iştirak edib.
Etika məcəlləsi, komitənin əsasnaməsi və intizam və mübahisələrin həlli qaydaları müzakirə edilib, həmin daxili sənədlərin tətbiqiylə bağlı fikir mübadiləsi aparılıb, həmçinin komitənin gələcək fəaliyyət istiqamətləri müəyyən edilib.
Məlumat üçün qeyd edirik ki, 4 illik müddətə seçilmiş komitənin əsas vəzifələri qeyri-etik davranışların qiymətləndirilməsi, preventiv tədbirlərin təşkili, maarifləndirici təşəbbüslərin reallaşdırılması, ədalətli oyun (Fair Play) və etik prinsiplərə nəzarət, “Safeguarding” (şəxsiyyətin qorunması) məsələlərinə nəzarət, sanksiyalar barədə qərarların qəbul edilməsindən ibarətdir.