- Baxış sayı: 48
- 14 May 2026 16:03
- Baxış sayı: 48
- May 14, 2026
- 0

“Azərbaycan turunun yeni mərhələdə – Azərbaycan velosiped yarışı adı ilə təqvimə qayıtması çox sevindirici haldır. 2.1 dərəcəli Bakı-Xankəndi yürüşünü uğurla bitirdik. Bu yarışda 24 komanda iştirak edirdi ki, onlardan 6-sı dünya üzrə peşəkar idi”. Bunu allsport.az saytına millimizin üzvü Musa Mikayılzadə dedi. Onun sözünə görə, Azərbaycan seçməsi bütün bacarığını ortaya qoydu:
“5-ci mərhələ daha çətin idi. Biz 181,5 km məsafə qət etdik. Bu yürüşdə 50-ci gəldim. 5 gün ərzində 850 km yol sürdük. Çox ağır yarış oldu. Allah qoysa, növbəti sınaqlarda daha yaxşı nəticə qazanmağa çalışacağıq.
Azərbaycan velosiped yarışından çox şey öyrəndik. Bundan öncə Özbəkistanda keçirilən 2.2 kateqoriyalı yürüşdə iştirak etmişdik. Ümumi təsnifatda 4-cü olmuşdum. Amma burada fərqli idi – həm taktika, həm də yollar”.
Kamran HACI, Xankəndi