- Baxış sayı: 26
- 26 İyul 2026 23:56
- Baxış sayı: 166
- İyul 22, 2026
- 0

“Lion”un keçmiş hücumçusu Fleri di Nallo 84 yaşında vəfat edib. Allsport.az saytı xəbər verir ki, o, “toxucular”da debütünü 1960-cı ilin avqustunda, 17 yaşında edib. 30 aprel 1961-ci ildə, 18 yaş 10 günlüyündə “Lans”a qarşı debüt qolunu vurub. Bunun sayəsində “Olimpik” aşağı liqaya düşməkdən xilas olub.
1960-cı ilin avqustundan 1974-cü ilin noyabrına qədər di Nallo “qırımızı-mavilər”də 494 oyun keçirib, 222 qol vurub və 72 məhsuldar ötürmə edib. O, “Lion”un tarixində ən çox qol vuran oyunçudur.