“Əminəm ki, bu yarışda iştirak edən 24 komandanın hər biri yenidən Azərbaycana gəlmək istəyəcək”

Bakı-Xankəndi velosiped yarışnda 4-cü mərhələ başladı. Allsport.az saytı xəbər verir ki, qalib adını İtaliyanın “Bardiani” klubunun üzvü Marko Manetti oldu. Mətbuat konfransında Azərbaycan velosiped idmanı federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov bu mərhələ barədə bunu dedi:

“4-cü mərhələdə daha gözəl mənzərə seyr etdik. Hər yer gül-çiçək, yaşıllıq. Bəzi yerlərdə lalələr açmışdı. Yaxşı olardı ki, yarışı yolboyu izləyəsiniz və həmin gözəl anları öz gözlərinlə canlı görəsiniz. Yarış yüksək səviyyədə keçir.

Yenə qeyd edirəm: yollarımız əladır. Hər ölkə velotur keçirə bilmir. Əminəm ki, bu yarışda iştirak edən 24 komandanın hər biri yenidən Azərbaycana gəlmək istəyəcək. Çünki burada şərait mükəmməldir. “

Həmin kateqoriyadan