- Baxış sayı: 46
- 25 Oktyabr 2026 10:16
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilən EEVZA çempionatında beşinci yeri tutub.
Allsport.az xəbər verir ki, oktyabrın 22-25-də Gürcüstanın Rustavi şəhərində təşkil olunan yarışda baş məşqçi Göyxan Edmanın rəhbərlik etdiyi komandamız “A” qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşıb.
Hər iki görüşdə məğlub olan millimiz beşinci yer uğrunda oyuna çıxıb.
Azərbaycan yığması həlledici qarşılaşmada Gürcüstan millisini 3:1 hesabı ilə məğlub edərək turniri beşinci pillədə başa vurub.
Finalda Polşa millisi Ukrayna yığmasına 3:2 hesabı ilə qalib gələrək EEVZA çempionatının qalibi olub və 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.