- Baxış sayı: 41
- 26 Oktyabr 2026 22:11
- Baxış sayı: 70
- Oktyabr 25, 2026
- 0

“Barselona”nın heyətində ciddi itki baş verib.
Allsport.az xəbər verir ki, müdafiəçi Xavi Espart sıradan çıxıb.
19 yaşlı futbolçu la liqanın X turunun “Real”la matçında (1:2) sağ ayağının topuğundan zədələnib. Espart təxminən 7 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Gənc sağ cinah müdafiəçisi UEFA çempionlar liqası liqa mərhələsinin V turunun “Sabah”la oyununda iştirak etməyəcək. Qarşılaşma noyabrın 25-də baş tutacaq.
Xavi Espart “Barselona”nın yetirməsidir. İspaniya U-21 millisinin üzvü cari mövsümdə Kataloniya təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.