“Bu, bizim yaralı yerimizdir”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın 27-ci turunda “Zirə”yə qarşı keçirdikləri matçı şərh edib. Allsport.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib:

“İlk hissədə yaxşı qol imkanlarımız oldu. Amma qol vurmağı bacarmadıq. İlk hissədə daha çox hücumda ola bilirdik. İkinci hissəyə rəqib daha yaxşı başladı və hesabı açdı. Qoldan sonra “Zirə” daha çox qapandı. Rəqibin müdafiəsini yarmaq çətin idi. Standart vəziyyətdən qol vurdular. Bu, bizim yaralı yerimizdir.

Hər oyun standart vəziyyətlər zamanı əziyyət çəkirik. Rəqibi təbrik edirəm, çox diqqətli oynadılar. İmkan vermədilər ki, fərqi azaldaq. Çempionatda rəqabət yüksək səviyyədədir. Hər oyunda epizodlar yaxalaya bilirik. Rəşad Sadıqovun ilk ilində medallar uğrunda oynaması təqdirəlayiqdir. Çalışacağıq ki, son oyunda istədiyimiz nəticəni əldə edək”.

Həmin kateqoriyadan