- Baxış sayı: 40
- 22 İyun 2026 16:16
- Baxış sayı: 55
- İyun 22, 2026
- 0

“Sabah” premyer liqanın 17-ci turunda Gəncədə “Kəpəz” ilə 2:2 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Murad Musayev bunu söyləyib:
“Çətin oyun oldu. Meydan sahibləri kompakt futbol pynadılar. Bəzən 6 futbolçu ilə müdafiə olunurdular ki, bu cür sıx müdafiəni yarmaq çox çətin idi. Belə müdafiə xəttini yarmaq üçün daha çox ara ötürmələrindən istifadə etməli idik.
Rəqib əks-hücumlarda təhlükəli idi. Bu cür hücumlar zamanı əllərinə düşən 2 qol fürsətindən yararlandılar. Bizim bir qədər çox qol fürsətimiz olsa da, tam dəyərləndirə bilmədik”.