“Bu görüş mövsüm ərzində ən gərgin oyun oldu”

Qəbələ şəhər stadionunda keçirilən ölkə kubokunun finalında “Qarabağ” penaltilərdə 4:3 (əsas vaxt 1:1) “Zirə”yə qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov bunu dedi:

“Rəşad və komandasını təbrik edirəm. Yaxşı komanda qurub. Uğurlu mövsüm keçirdilər. Penaltilərə hazırlaşmamışdıq, amma hər həftə məşqdə bunun üzərində işləyirik.

Bu görüş mövsüm ərzində ən gərgin oyun oldu. Az istirahət edəcəyik. Qarşıda avrokubok var. Yaxın günlərdə müqaviləsi bitən futbolçuların məsələsinə aydınlıq gələcək”.

Həmin kateqoriyadan