“Bu gün azarkeşlər də zövq aldılar”

“Qarabağ” premyer liqanın 23-cü turunda öz meydanında “Şamaxı”nı 8:0 darmadağın edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında metdan sahibinin baş məşqçisi Qurban Qurbanov bunu söyləyib:

“İlk dəqiqələrdən hiss olunurdu ki, hamıda yüksək konsentrasiya var. Komandamız məşqdə çəkilən zəhmətin bəhrəsini gördü. Bu gün azarkeşlər də oyundan zövq aldılar.

Belə nəticələr il ərzində nadir hallarda olur. Mənim özümün də belə nəticələrim olub. Futboldur, bundan qaçmaq mümkün deyil. İstənilən komanda istənilən rəqibə çox qol vura bilər. Oyunçularımı hər görüşə daha yaxşı hazırlaşdırmaq istəyirəm.

Onların ustalıq səviyyəsinin yaxşılaşması üçün əlimizdən gələni edirik. Qarşıdakı hər bir matç bizim üçün vacibdir. Bundan sonra Şamaxı səfərlərimiz olacaq. Orada xeyli sayda azarkeş qarşısında oynaycağıq”.

Həmin kateqoriyadan