“Bu ideya futbol azarkeşlərinin üzünə tüpürməkdir”

UEFA-nın prezidenti Aleksander Çeferin yeni yaradılan Avropa super liqası ilə bağlı açıqlama verib. Allsport.az xəbər verir ki, sloveniyalı funksioner turnirdə iştirak edəcək futbolçuların dünya və Avropa çempionatlarından kənar qalacağını deyib

“UEFA və futbol dünyası xəsislik ideyasına tabe olan bir neçə Avropa klubunun irəli sürdüyü bu dəhşətli təklifə qarşı birləşdi. Bu turnirdə iştirak edəcək futbolçular dünya və Avropa çempionatlarında olmayacaqlar. Super Liqanın yaradılmasında yalnız pul düşünülür. UEFA isə belə qurum deyil. Bizim üçün həmrəylik vacibdir, amma çoxları üçün belə deyil.

Bu adamları maraqlandıran əsas şərt puldur. Bu ideya futbol azarkeşlərinin üzünə tüpürməkdir. 12 klubdan başqa, bütün futbol ailəsinə təşəkkür edirəm. Futbolu əlimizdən almaqlarına icazə verməyəcəyik. “Yuventus”un prezidenti Andrea Anyellinin hərəkətinə çox təəssüfləndim. Onu belə təsəvvür etmirdim. İlanların yanımızda olduğunu təsəvvür etmirdik, amma indi bildik”.

Həmin kateqoriyadan