“Bu il bizim üçün çətin dövr oldu”

Premyer liqanın 25-ci turunda “Qarabağ” öz meydanında “Zirə” ilə 1:1 oynayıb. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bunu söyləyib:

“Deyəcək çox söz yoxdur. Futbolçulardan razı qaldım. Qol vurmaqda çətinlik çəkirik. Amma epizodlar yaradırıq. Sıx qrafikə görə futbolçular da əziyyət çəkir. Rəşada və “Zirə”yə uğurlar arzulayıram.

Bu il statistikaya baxsaq, bizim üçün çətin dövr oldu. Zədəli futbolçularımız çoxdur. Bu gün Şahruddinin sümüyü sındı. Həddindən artıq zədəli oyunçular oldu. Buna baxmayaraq, ayaq üstə duracağıq və sona qədər mübarizə aparacağıq”.

Həmin kateqoriyadan