“Bu qolun komandamın qələbəsində rol oynaması məni ikiqat xoşbəxt edir”

“Neftçi” premyer liqanın 4-cü turunda öz meydanında “Keşlə”yə 3:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, flaqmanın braziliyalı hücumçusu Ramon Maçado qələbəyə layiq olduqlarını deyib:

“Ağ-qara geyimdə meydana çıxdığım ikinci oyunda qol hesabımı açdığım üçün çox xoşbəxtəm. Bu qolun komandamın qələbəsində rol oynaması məni ikiqat xoşbəxt edir.

Qolları sıralamaq üçün öz üzərimdə daha çox çalışacağam. Təkcə qollarımla deyil, oyunumla, ötürmələrimlə də faydalı olmaq istəyirəm.

Komandamızın 3-cü qol epizodunda mən də fərqlənə bilərdim, amma həmin an daha əlverişli mövqedə olan Mirabdullaya ötürmə verdim. Nəticədə top rəqib futbolçudan İsmayıla qayıtdı ki, o da topu qapıdan keçirdi”.

Həmin kateqoriyadan