“Bunu faciəyə çevirmək istəmirəm”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın V turu çərçivəsində baş tutan “Səbail”-“Zirə” (1:2) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

Allsport.az xəbər verir ki, Hacıyev bunları deyib:

“Bu gün fərqli iki hissə izlədik. Oyuna yaxşı başlamadıq. Rəqib komandaya üstünlüyü əldən verdiyimiz üçün qapımızda qollar gördük. Fasilədən əvvəl fərqi azaltdıq və bu, bizi ümidləndirdi. İkinci yarıya müəyyən əvəzetmələrlə girdik. Düşünürəm ki, ikinci 45 dəqiqədə yaxşı oynadıq.

Bu gün debüt edən futbolçumuz Elmir Tağıyevin ilk oyunu idi. Onun adına sevinirəm. Zədədən qayıdan oyunçularımız da var idi. İki oyundur ki, məğlub oluruq, amma bunu faciəyə çevirmək istəmirəm. “Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm”.

Həmin kateqoriyadan