“Bursaspor”un azarkeşləri futbolçulara hücum etdilər

Millinin üzvü Namiq Ələskərovun çıxış etdiyi Türkiyənin “Bursaspor” klubunun azarkeşləri futbolçulara hücum ediblər. Allsport.az saytı xəbər verir ki, “yaşıl timsahlar” ötən gün səfərdə “Bandırmaspor”a 2:4 uduzduqdan sonra, fanatlar klubun avtobusun önünə yığışıb.

“Bursaspor”un aşağı liqaya düşməsindən qəzəblənən azarkeşlər futbolçular haqda təhqiredici şüarlar səsləndiriblər. Komandanın kapitanı Burağ Altıbarmaq avtobusdan düşərək onlarla danışmaq istəyib. Bu zaman azarkeşlərdən biri onun boğazından tuturaq, şillə vurub.

Klubun bazası önündə də 100-ə yaxın tərəfdaş yığılaraq etirazını bildirib. Türkiyə çempionu 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və sona 1 tur qalmış 1-ci liqanı tərk edəcəyi dəqiqləşib.

Həmin kateqoriyadan