Cənubi afrikalı hücumçu “Qarabağ”a keçir?

“Qarabağ”ın keçmiş hücumçusu Dino Ndlovu Çinin 1-ci divizionunda çıxış edən “Hançjou Qrintaun” klubundan ayrılıb. Allsport.az xəbər verir ki, koronavirus pandemiyasına görə hələ Çinə qayıtmayan futbolçu bu qərarı verib.

Cənubi afrikalı futbolçu hazırda azad agent statusu daşıyır. 31 yaşlı forvard bir müddət əvvəl “Qarabağ”a keçməyə hazır olduğunu demişdi.

Ndlovu Çin I liqasında keçirdiyi 60 oyunda 40 qol vurub, 7 məhsuldar ötürmə edib. 2016-2017-ci illərdə “Qarabağ”da oynamış hücumçu 32 oyunda 17 qol vurmuşdu.

Həmin kateqoriyadan