“Çətin qələbə oldu”

“Sabah” premyer liqanın 13-cü turunda səfərdə “Səbail”lə 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Murad Musayev bunu söyləyib:

“Çətin qələbə oldu. Bu gün bir neçə əsas oyunçumuzun xidmətindən məhrum idik. Lakin onları əvəz edən futbolçular çox yaxşı çıxış etdilər.

Komanda bu gün meydanda intizamlı oyun nümayiş etdirdi. Son oyunlarda əldə etdiyimiz qələbələr bizi rahatlaşdırmadı. Bu qələbənin mənim üçün önəmi çox idi”.

Həmin kateqoriyadan