“Çempionatın səviyyəsindən razı deyiləm”

“Qarabağ” premyer liqanın 21-ci turunda rəqib meydanında “Keşlə” ilə oyunda son dəqiqələrdə yenilgidən qurtuldu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçi Qurban Qurbanov bunu deyib:

“Son dəqiqələrdə vurulan qol oyunçulara inam verir. Qarşıda oyunlar var. Bütün matçlarda diqqətli olmalıyıq. Bəzən məğlubiyyət komandaların xeyrinə olur. Qarşıdakı turlarda turnir cədvəlində yerlər dəyişilə bilər

2 oyuna görə çempionatın səviyyəsinə qiymət vermək olmaz. Mən həmişə 1 xala önəm vermişəm. Get-gedə bütün komandalar bir-birini o qədər yaxşı tanıyır ki, onlara qarşı oynamaq asandır. Çempionatın səviyyəsindən razı deyiləm. Daha yaxşı olmasını istəyirəm.

Avropada yaxşı oynamaq üçün çempionatın səviyyəsi qalxmalıdır. Çempionatdakı komanda sayı azalmasın. Həmişə demişəm ki, say artmalıdır. Heç bir komandaya eyni rəqiblə 4-6 dəfə oynamaq xoş deyil. Nə qədər çox komanda olsa, o qədər yaxşıdır”.

Həmin kateqoriyadan