- Baxış sayı: 38
- 11 Noyabr 2026 11:13
- Baxış sayı: 318
- Noyabr 09, 2026
- 0

“Barselona”nın futbolçusu Frenki de Yonq maraqlı açıqlama ilə gündəmə gəlib.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçi insanların matçlara olan marağından danışıb:
“Tamaşaçılar futbola baxmır. Çox az insan bir oyunu 90 dəqiqə izləyir. Onlar meydanda nələrin baş verdiyini, qərarları nə üçün verdiyimizi bilmirlər. Onlar üçün kimisə tənqid etmək çox asandır. Sadəcə rəqəmlərə baxır, kimin daha yaxşı olduğuna qərar verirlər. Əlbəttə, bu rəqəmlər biz futbolçular üçün böyük əhəmiyyət daşımır”.
De Yonq bu mövsüm “Barselona” formasıyla la liqada 3 oyuna çıxıb.