“Çox şadıq ki, bu sistemin tətbiqində də “PAŞA sığorta” bizə öz dəstəyini göstərdi”

AFFA ilə “PAŞA sığorta” arasında VAR sisteminin himayədarlığı ilə bağlı müqavilə imzalanıb. Allsport.az saytı xəbər verir ki, assosiyasiyanın baş katibi Sərxan Hacıyev əməkdaşlığı belə dəyərləndirib:

“Azərbaycan futbolunda VAR – videoköməkçi hakim sisteminin tətbiqi ilə bağlı prosedur qaydalara uyğun olaraq işlər görülür. Çox şadıq ki, bu sistemin tətbiqində də “PAŞA Sığorta” bizə öz dəstəyini göstərdi.

AFFA ilə “PAŞA sığorta” arasında 2010-cu ildən başlayaraq səmərəli əməkdaşlıq mövcuddur. İnanırıq ki, qarşılıqlı əməkdaşlığımız hər iki tərəf üçün faydalı və uzunmüddətli olacaq”.

Həmin kateqoriyadan