- Baxış sayı: 9
- 10 Noyabr 2026 12:48
- Baxış sayı: 253
- Noyabr 09, 2026
- 0

“Səbail”in qapıçısı Nikolas Hagen Kosta-Rikanın “Alahuelense” və “Deportivo Saprissa” klublarının transfer hədəfinə düşüb. Allsport.az xəbər verir ki, 24 yaşlı əlcək sahibinin “dənizçilər”i tərk edəcəyi ehtimalı var.
Əvəzində isə “Səbail” başqa qvatemalalı qapıçı ala bilər. “Munisipial” klubunun qapıçısı Kenderson Navarro paytaxt klubuna keçə bilər. 19 yaşlı qolkiper Nikolas Hagen komandadan ayrılacağı təqdirdə, transfer ediləcək.
Nikolas Hagen 2020-ci ilin yayında “Səbail”ə keçib. O, bu mövsüm keçirdiyi 24 oyunda 32 top buraxıb, 6 görüşdə isə qapısını toxunulmaz saxlayıb.