- Baxış sayı: 21
- 10 Noyabr 2026 11:54
- Baxış sayı: 249
- Noyabr 09, 2026
- 0

“Səbail”dən ayrılan Peyman Keşavarzın yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, cənubi azərbaycanlı futbolçu İran yüksək liqasında çıxış edən “Traktor”la anlaşıb.
Peyman Keşavarz 2020-ci ilin yanvarından “Səbail”in uğurları üçün çalışırdı. O, komandanın heyətində iki mövsüm ərzində 20 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Peymandan əvvəl “Neftçi”dən ayrılan Saman Nərimancahan da “Traktor”a keçib.