“Dənizçilər”in 50-ci yenilgisi

“Səbail” premyer liqada 50-ci məğlubiyyətini alıb. Allsport.az xəbər verir ki, paytaxt klubu XXVI turun “Neftçi” ilə görüşündə 4 cavabsız qol buraxıb.

102-ci matçına çıxan paytaxt klubu 23 dəfə evdə, 27 dəfə səfərdə uduzub. Bakılılar 2017/18 mövsümündə 17, 2018/19 mövsümündə 10, ötən çempionatda 11 dəfə məğlub olmuşdusa, cari turnirdə 12-ci dəfə xalsız qalıb.

İlk məğlubiyyətini 2017-ci il avqustun 13-də “Zirə”dən alan (1:2) “Səbail” indiyədək 8 müxtəlif komandaya yenilib. Bakılıların ən çox uduzduğu rəqib “Qarabağ”dır – 12 dəfə. “Neftçi” isə 10-cu dəfə “Səbail”i məğlub edib.

Həmin kateqoriyadan