Dadaşovdan 1 qol və 1 ötürmə

ABŞ birinci liqasında 13-cü turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi “Finiks Rayzinq” evdə “Los Anceles Qalaksi 2” ilə qarşılaşıb və qalib gəlib – 5:0.

Start heyətdə meydana çıxan Dadaşov 73-cü dəqiqədə əvəzlənib. Komandasının 2-ci qolunun ötürməsini verən hücumçu növbəti qolu özü vurub. Bu, Dadaşovun yeni mövsümdə 3-cü qoludur.

Hazırda 26 xalı olan “Finiks Rayzinq” qərb konfransında liderdir.

Həmin kateqoriyadan