- Baxış sayı: 35
- 26 Aprel 2024 21:10
- Baxış sayı: 51
- Aprel 23, 2024
- 0
Niderlandlı yarımmüdafiəçi Frenki de Yonq mövsümün sonunda “Barselona”nı tərk etməyə hazırdır.
Allsport.az xəbər verir ki, klubun vəziyyətini və Xavinin baş məşqçi postunu tərk edəcəyini nəzərə alaraq, de Yonq klub rəhbərliyindən narazıdır və ayrılmaq barədə düşünəcək.
Keçmişdə “narıncılar” onu satmağa hazır idi – “Mançester Yunayted” oyunçu ilə ciddi maraqlanırdı, lakin o, özü Kataloniyadakı həyatından razı olduğu və karyerasını öz klubunda davam etdirmək əzmində olduğu üçün ayrılmaqdan imtina etdi