- Baxış sayı: 40
- 10 Noyabr 2026 13:19
- Baxış sayı: 264
- Noyabr 09, 2026
- 0

“Qəbələ” Türkiyə toplanışında son yoxlama oyununda Rumıniyanın “Çiksereda” klubuna 2:1 hesabı ilə qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçimiz Elmar Baxşıyev bunu açıqlayıb:
“Düşündüklərimizi təlim-məşq toplanışında görə bildik. Komanda meydanda dominant oynamağa çalışırdı. Qarşıda 9 gün vaxtımız var. Bu müddətdə daha da yaxşı olacağıq. Ümumilikdə istədiyimi bu gün meydanda görə bildim.
Futbolçuların hərəkətliliyi bizi məmnun etdi. Komandanın hazırlığını faizlə dəyərləndirməzdim. Amma gündən-günə daha yaxşı olduğunu məşqlərdə görürük”.