“Düşündüyümdən daha yaxşı oynadılar”

“Çox maraqlı oyun alındı. Hər 2 komandanın futbolçuları alqışa layiq idi. Oyunçularımı təbrik edirəm. Düşündüyümdən daha yaxşı oynadılar. Uzun müddətdir ki, çempionatda bu qədər azarkeşin qarşısında oynamırdıq”.

Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 3-cü turunda “Neftçi” ilə oyundan (2:1) sonra mətbuat konfransında deyib. Sitat:

“Meydanda əsl futbol gördük. Oyunçular çoxdandır birlikdə oynamamışdılar. Bu gün qərar verdim ki, onlar birlikdə olsun. İstər-istəməz yorğunluq olur. Matçdan əvvəl bir dəfə normal məşq etmişdik”.

Həmin kateqoriyadan