“Düşünürəm ki, daha çox xal yığacağıq”

“Hər şeyi çox bəyəndim, hər şey çox yüksək səviyyədə idi. Möhtəşəm stadionlar, tribunalarda çoxlu azarkeş var idi”. 

Allsport.az xəbər verir ki, bu sözləri Ukrayna “Minay”ında çıxış edən millimizin üzvü Rüstəm Əhmədzadə klubun rəsmi saytına açıqlamasında deyib.

O, millimizin son 3 oyunundan yalnız birində meydana çıxmasının səbəbini izah edib: “Lüksemburqla oyunun iştirak ərizəsində yer almadım. Çünki millinin düşərgəsinə çox gec qoşuldum. “Şaxtyor”la oyun olduqca çətin və yorucu idi. Məşqçilər heyəti buna görə fiziki durumumu və İrlandiyaya daha yaxşı hazırlaşmağımı qərara aldılar. Baş məşqçimiz De Byazi mətbuat konfransında məni tərfilədi. İrlandiya ilə oyunun sonunda yüngül zədələndim. Ona görə Portuqaliya ilə oyunda iştirak etmədim”.

20 yaşlı hücumçu İrlandiya ilə görüşü (1:1) belə şərh edib: “Bəli, İrlandiya ilə qarşılaşmada qol vurmalı idim. Belə fürsətləri dəyərləndirmək lazımdır. Yığmamız üç matça cəmi 1 xal qazanıb. Düşünürəm ki, hələ hər şey qabaqdadır. Yaxşı komandamız, daha yaxşı oynamaq şanslarımız var. Düşünürəm ki, daha çox xal yığacağıq.

Azərbaycanda bir çox azarkeş mənə yazır. Onlar matçlarımızı izlədiklərini, bizə dəstək olduqlarını söyləyirlər. Bunlar gözəldir”.

Həmin kateqoriyadan