“Düşünürəm ki, futbolçularımız qarşıda tam formalarını bərpa edəcəklər”

“Futbolçularımı təbrik edirəm. Hesaba baxmayaraq, komanda xeyli əziyyət çəkdi. Bəzi rotasiyalar etmişdik”. Allsport.az saytı xəbər verir ki, bu sözü “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 2-ci turunda evdə “Səbail”ə 3:0 qalib gəldikləri oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis bildirib ki, belə proqramda oyunlara hazırlaşmaq asan deyil: “Birinin zədəsi olur, biri yorulur və sairə. Amma düşünürəm ki, qarşıda tam hazırlıqlarını bərpa edəcəklər və bundan sonra daha rahat olacaq. Vacib 3 xal qazandıq. Oyun düşündüyümüz kimi alındı. Aftandil Hacıyevə uğurlar arzulayıram”.

Həmin kateqoriyadan