“Düzü, oyuna tam fərqli başlayacağımızı gözləyirdim”

 “Zirə” premyer liqanın 25-ci turunda evdə “Qəbələ”yə 0:3 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov bunu deyib:

“Oyunun mahiyyəti çox böyükdür. Matça maksimum yaxşı hazırlaşmışdıq. Əslində nəticə bir az qəribə oldu. Oyunun gedişatı ilə nəticənin belə olacağını təsəvvür edə bilmirdim. İlk hissəni çox yaxşı keçirdik.

Düzü, oyuna tam fərqli başlayacağımızı gözləyirdim. “Qəbələ”nin oyuna daha çox nəzarət edəcəyini, hücumlar təşkil edəcəyini düşünürdüm. Amma əksinə oldu. Futbolçularım oyuna yaxşı başladılar, meydanda çox böyük üstünlüyümüz var idi”.

Həmin kateqoriyadan