Elmar Baxşıyev: “Qəbələ”ni hesabdan silmək vaxtı deyil

Premyer liqanın XXV turunun “Zirə” – “Qəbələ” oyunundan (0:3) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, sizi 42 yaşlı mütəxəssisin fikri ilə tanış edir: 

“Fikirləşdiyimiz kimi ağır oyun oldu. Hesab heç kimi aldatmasın. Hər iki komanda meydanda ən yaxşısını etməyə çalışırdı. Komandamı təbrik edirəm. Futbolçular xarakter göstərdilər. Onlar göstərdilər ki, “Qəbələ”ni hesabdan silmək vaxtı deyil.

Bu oyunu unudub qarşıdakı “Neftçi” ilə matça hazırlaşacağıq. İnanıram ki, komandam əlindən gələnin ən yaxşısını edib sonadək iddiasından əl çəkməyəcək. Çempionat başlayanda da, indi də avrokubokları düşünmürük. Alınarsa yaxşı olacaq.

Alınmasa da bu komandaya da bir daha təşəkkür düşür ki, mövsümün gedişində zədəliklər ola-ola hər şeylərini meydanda qoymağa çalışırlar. Burdakı futbolçular böyük ürəyə malikdirlər. Xarakterimizi sonadək göstərməyə çalışacağıq. Bizi rəqiblər düşündürmür. Bizim hansı durumda olmağımız önəmlidir”. 

Həmin kateqoriyadan