- Baxış sayı: 42
- 22 İyun 2026 16:16
- Baxış sayı: 55
- İyun 22, 2026
- 0

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan “Qəbələ” toplanış çərçivəsində ikinci yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev Almaniyanın “Lukenvalde” klubu ilə qarşılaşma (3:2) haqda fikirlərini klubun saytına saytına açıqlayıb:
“Antalya toplanışında ikinci görüşümüz idi. Əvvəlki qarşılaşmada az oynayanlara daha çox şans verməyi fikirləşmişdik. Düşünürəm ki, faydalı oldu. Bu qarşılaşma komandanı həmin ritmə daha da yaxınlaşdıracaq. Fikrimizdə bu matçda gəncləri daha çox sınamaq idi. Yaxşı perspektivli futbolçularımız var. Onlar gələcəkdə komandanın əsas üzvlərinə çevrilə bilərlər. Lakin onlar öz üzərində daha çox işləməlidir ki, həmin səviyyəyə çatsınlar”.