Elxan Məmmədov: Biz Ukraynaya kömək etməkdə davam edirik

“Əlbəttə ki, FİFA-nın Ukraynada olması indi çox vacibdir. Çünki biz ilk növbədə futbolu təbliğ edən təşkilatıq. Mən çox şadam ki, bu gün Ukraynanın paytaxtı Kiyevdəyəm”.

Allsport.az saytı xəbər verir ki, bu sözü FİFA-nın Avropa milli assosiasiyaları üzrə direktoru Elxan Məmmədov Ukraynaya işgüzar səfəri zamanı deyib. Yerli futbol assosiasiyasının prezidenti Andrey Pavelko və baş katibi Yuri Zapisotski, həmçinin, ölkənin gənclər və idman naziri Vadim Qutsaytla görüşən həmyerlimiz bunu əlavə edib:

“Kiyevə və ölkənin bir çox başqa şəhərlərinə aktiv həyat qayıdır. Ukrayna futbol assosiasiyasının komandasının aktiv şəkildə fəaliyyətini davam etdirməsi çox sevindiricidir. Ukrayna futbolu nümunəvidir.  Çünki milli komandanız tərəfindən U-20 dünya çempionu olmaq böyük nailiyyətdir. Ukrayna futbolunun tezliklə dirçəlməsini arzu edirik!”

FİFA nümayəndəsi onu da bildirib ki, təmsil etdiyi qurum hazırda xaricdə olan ukraynalı futbolçu və hakimləri diqqətlə izləyir və onlara kömək etməyə çalışır: “Artıq 90 gündür ki, FİFA, UEFA və bir çox milli assosiasiyalar Ukrayna xalqını fəal şəkildə dəstəkləyir və biz Ukraynaya kömək etməkdə davam edirik. Sizə sülh və Ukraynada futbolun tezliklə dirçəlməsini arzulayıram”. 

Həmin kateqoriyadan